“Neftçi” ilə heç-heçə “Turan”ı 2000 manat ziyana saldı
Lent.az-ın məlumatına görə, AFFA İntizam Komitəsi oktyabrın 17-də Tovuz şəhər stadionunda keçirilmiş qarşılaşmanın 88-ci dəqiqəsində meydançaya kənar əşyalar atıldığı üçün meydan sahibləri məhz bu qədər ziyana düşüblər.
“Qəbələ” və “Simurq” komandaları isə hərəyə 1000 manat cərimələniblər. Hər iki klubun müvafiq olaraq, “Muğan” və “Qarabağ”la görüşlərində 4 futbolçusu sarı vərəqə alıb.
Qeyd edək ki, “Qəbələ” 2:0 hesabı ilə qalib gəldiyi halda, “Simurq” uduzub – 2:3.

962