Məsut Özil: “Mən almaniyalıyam”
“Başa düşürəm ki, Türkiyə yığmasında oynamadığım üçün bəziləri özlərini üzgün hiss edirlər. Amma əvvəllər də dediyim kimi, mən özümü almaniyalı kimi hiss edirəm”. Lent.az-ın məlumatına görə, bu fikirləri “El Mundo” qəzetinə açıqlamasında İspaniyanın “Real” klubunun və Almaniya milli komandasının türk əsilli futbolçusu Məsut Özil deyib.
Almaniyada doğulduğunu xatırladan 22 yaşlı yarımmüdafiəçi digər ölkə yığmasında çıxış etməyi heç vaxt düşünmədiyini vurğulayıb. Özil Almaniya və Türkiyə arasında oktyabrın 8-də keçirilmiş 2012-ci il Avropa çempionatının seçmə qrup matçında fitə basılmasına da münasibət bildirib: “İstəyirlər alqışlasınlar, istəyirlər fitə bassınlar. Mən meydançada eyni adamam. Bu, sadəcə futboldur”.
Az öncə transfer olunmasına rəğmən, “Real”a çox heyran olduğunu dilə gətirən futbolçu “Santyaqo Bernabeu” stadionunda alqışlanarkən, həyatının ən gözəl hisslərini keçirdiyini açıqlayıb. Özil Almaniya millisində də birgə çıxış etdiyi Sami Xedira ilə həftədə 3 gün ispan dili kursuna getdiklərini də söyləyib. O, ən qısa müddətdə ispan dilini öyrənmək istədiklərini qeyd edib: “Bəzən meydançada baş məşqçi Joze Mourinyonun dediklərini anlamadığımız anlar olur. Amma bu, ən qısa müddətdə başa çatacaq. Onunla zirvəyə çıxacağımıza əminik”.
Qeyd edək ki, Məsut Özil İspaniya çempionatının ötən turunda “Real”ın səfərdə “Malaqa” üzərində qazandığı 4:1 hesablı qələbədə böyük pay sahibi olub. Özil bir qol vurmaqdan əlavə, komanda yoldaşı Kriştianu Ronalduya məhsuldar ötürmə verib. Oyundan sonra Ronaldu deyib: “Özil mükəmməl futbolçudur. İrəlidə oynayan bizlərə xeyli kömək edir. Futbolu çox rahat oxuya bilir. Yaxşı anlaşırıq”.

692