“Neftçi” Bahodir Nasimovun vətənində futbolçu axtarır
15 oktyabr 2010 16:20 (UTC +04:00)

“Neftçi” Bahodir Nasimovun vətənində futbolçu axtarır

Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Musayev Orta Asiya ölkəsində yerli çempionat oyunlarını izləyəcək.

Məşqçi-seleksiyaçının səfərə yollanmasında məqsəd Özbəkistan çempionatında oynayan səviyyəli futbolçuları qışda “Neftçi”yə transfer etməkdir. Hazırda flaqmanın heyətində icarə əsasında Rusiyanın “Rubin” komandasının özbəkistanlı hücumçusu Bahodir Nasimov çıxış edir. Nasimov Unibank Premyer Liqasında 8 turdan sonra 9 qolla liderdir.

Qeyd edək ki, məşqçi-seleksiyaçı ötən çempionatın gedişində də futbolçu seçimi ilə əlaqədar Braziliyaya getmişdi. Bundan sonra klub rəsmilərinin Avropa ölkələrinə də səfəri planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1120

Oxşar yazılar