Azərbaycan yığmasının rəqibi baş məşqçisini qovdu
Lent.az-ın “Vesti.kz” saytına istinadən verdiyi məlumata görə, Qazaxıstan Futbol Federasiyası (KFF) millinin almaniyalı baş məşqçisi Bernd Ştorku istefaya göndərib.
KFF-in vitse-prezidenti Viktor Katkov deyib ki, Ştork qarşısına qoyulan vəzifənin öhdəsindən gələ bilməyib. O, artıq yeni baş məşqçi axtarışına başladıqlarını da əlavə edib: “Biz Ştorka əməkdaşlıq üçün minnətdarlığımızı bildirdik. O, yığmanın heyətini gəncləşdirdi, legioner futbolçular dəvət etdi”. KFF təşəkkür əlaməti kimi Ştorka qazax çapanı – milli geyim hədiyyə edib.
Almaniyalı mütəxəssis isə federasiyanın qərarına hörmətlə yanaşdığını və apellyasiya verməyəcəyini bildirib. O, qarşısına 3 xal toplamaq vəzifəsinin qoyulmadığını vurğulayıb.
Qeyd edək ki, Qazaxıstan millisi 2012-ci il Avropa çempionatının seçmə qrup mərhələsində keçirdiyi 4 oyunun hamısında məğlub olub. Orta asiyalılar öz meydançasında Türkiyəyə 0:4, Almaniyaya 0:3, Belçikaya 0:2, səfərdə isə Avstriyaya 0:2 hesabı ilə uduzub.

Oxşar yazılar

Lamin Yamal “Barselona” tarixinin ən yaxşı oyunçularından ibarət komanda yaratdı – Sürprizlər var?
13 iyul 2025 , 13:45
Rodriqo 3 ingilis klubuna gələn mövsüm harada oynamaq istədiyini bildirdi
13 iyul 2025 , 10:04
"Fənərbağça" ingilis futbolçunu aldı
12 iyul 2025 , 18:54
Messi "Barselona"da oynayacaq
12 iyul 2025 , 13:56
“Bayer” 23 yaşlı amerikalı futbolçunu aldı
12 iyul 2025 , 13:02
Model "Çelsi"nin yeni futbolçusunu atıb getdi -FOTOLENT
12 iyul 2025 , 09:56
Orkun Kökçünün "Beşiktaş"a transferi rəsmiləşdi
12 iyul 2025 , 00:05