Devid Bekhem vida matçından imtina etdi
15 oktyabr 2010 14:20 (UTC +04:00)

Devid Bekhem vida matçından imtina etdi

Lent.az-ın “The Daily Telegraph”a istinadən verdiyi məlumata görə, Bekhem karyerasını bitirmək istəmədiyini baş məşqçi Fabio Kapelloya bildirib.

O, öz oyunu ilə layiq olduğu vaxt yığmaya dəvət almaq istədiyini söyləyib. Amma 2010-cu ilin avqustunda Fabio Kapello Devid Bekhemin İngiltərə millisində çıxış etmək üçün çox yaşlı olduğunu açıqlayıb. İtaliyalı mütəxəssisin fikrincə, 35 yaşlı yarımmüdafiənin yığmada gələcəyi yoxdur. Bekhem millidə 115 görüş keçirib. O, 2010-cu il dünya çempionatında iştirak etmək istəsə də, ciddi zədə aldığı üçün şanslarını itirib.

Qeyd edək ki, İngiltərə - Fransa matçı noyabrın 17-də Londondakı “Uembli” stadionunda keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 586

Oxşar yazılar