Dünyanın ən qədim klubları ən qədim stadionda üz-üzə - FOTO
Lent.az-ın “Corriere dello Sport” qəzetinə istinadən verdiyi məlumata görə, hazırda İngiltərənin həvəskarlar liqasında mübarizələrini davam etdirən iki komanda arasındakı tarixi görüş dekabrın 26-da “Sandygate Road” stadionunda keçiriləcək.
24 oktyabr 1857-ci ildə qurulan və FİFA-nın ləyaqət medalına sahib olan “Şeffild” dünyanın ilk futbol klubu sayılır. 4 sentyabr 1860-cı ildə yaradılan və ikinci ən böyük klub kimi tanınan “Hellam” isə 150-ci ildönümünü bu il qeyd edib.
1804-cü ildə kriket idmanı üçün inşa edilən, 266-sı kreslodan ibarət olmaqla 700 nəfərlik tutuma malik “Sandygate Road” stadionu 26 dekabr 1860-cı ildə iki komanda arasında keçirilən oyunla futbola qapılarını açıb. İki əzəli rəqib dünya futbol tarixinin ilk məlum derbisindən düz 150 il sonra yenidən üz-üzə gələcək.

729