“Neftçi” və millimizin oyunçusu üçün ikiqat təbrik - FOTO
14 oktyabr 2010 18:10 (UTC +04:00)

“Neftçi” və millimizin oyunçusu üçün ikiqat təbrik - FOTO

Lent.az-ın məlumatına görə, bu münasibətlə klub rəhbərliyi gənc müdafiəçiyə hədiyyə təqdim edərək təbriklərini çatdırıb.

“Neftçi”nin prezidenti Sadıq Sadıqov Abışovu həm millinin heyətində Türkiyə üzərində qazandığı uğur, həm də ad günü münasibətilə təbrik edib: “İnanıram ki, Ruslan uzun illər milli komandanın əsas simalarından biri olacaq. Ona can sağlığı, xoşbəxtlik və idman uğurları arzulayıram”.

Bundan sonra klubun vitse-prezidenti Tahir Süleymanov və baş məşqçi Arif Əsədov təbrikə qoşularaq, Abışovun ünvanına xoş sözlər söyləyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1227

Oxşar yazılar