“Bu qələbə axırıncı yox, axarıncı olsun”
14 oktyabr 2010 17:13 (UTC +04:00)

“Bu qələbə axırıncı yox, axarıncı olsun”

Lent.az-ın məlumatına görə, bu sözləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycan Kubokunun oktyabrın 14-də keçirilən püşkatma mərasimində çıxışında deyib.

Musayev millimizin qələbəsində bütün klubların rolunun olduğunu söyləyib: “Sizin hər birinizin zəhməti danılmazdır. Arzu edirəm ki, bu qələbə axırıncı yox, axarıncı olsun”.

PFL prezidenti ölkə kubokunda tətbiq edilən yeniliklərdən də danışıb. O, bütün klublara eyni gözlə baxdıqlarını, amma ¼ finaladək kubokun 1 oyunluq sistemlə keçirilməsi haqda qərarı AFFA İcraiyyə Komitəsinin qəbul etdiyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 671

Oxşar yazılar