Platini İtaliya – Serbiya matçında baş verənlərə münasibət bildirdi
Lent.az-ın məlumatına görə, Platini gördüklərindən sarsıldığını bildirib.
Qitə futbol qurumunun rəhbəri deyib: “Mənim futbolda zorakılıqla bağlı xeyli xatirələrim var. Nizam-İntizam Komitəsinin araşdırmasının nəticəsini və qərarını gözləyirəm. Bu qərar UEFA-nın tribunalarda zorakılığa dözümsüzlüyünü hamıya xatırladacaq”.
Platininin fikrincə, zorakılıqla mübarizədə ölkə rəhbərlərinin əməkdaşlığı həlledici rola malikdir: “Mən bu baxımdan, problemləri olan ölkələrin rəhbərlərindən məsələnin həllinə kömək göstərmələrini xahiş edəcəyəm”.
Qeyd edək ki, İtaliya - Serbiya matçı qonaq azarkeşlərin tribunalarda millətçi davranışı ilə əlaqədar yarımçıq dayandırılıb. 12-də Genuya şəhərində təşkil olunan oyuna futbolçular vaxtından yarım saat sonra çıxıblar. Buna fanatların Serbiya himnini fitə basması, ekstremist şüarlar səsləndirməsi və meydançanın kənarındakı hasarı qırması səbəb olub. Serbiya yığmasının oyunçuları qəzəblənmiş həmyerlilərini ironiyalı tərzdə alqışlayaraq, onları sakitliyə çağırsalar da, nəticə verməyib. Sonradan polis tribunaları bir müddətə sakitləşdirə bilib. Lakin oyun başladıqdan 7 dəqiqə sonra meydançaya yanar fişənglərin atılması səbəbindən dayandırılıb. Onlardan biri az qala serbiyalı qapıçı Jelko Brkiçin başına düşəcəkmiş. Tezliklə şotlandiyalı baş hakim Kreyq Tompson oyunu dayandırmağı qərara alıb. Həmin vaxt hesab 0:0 olub. Bəzi məlumatlara əsasən, UEFA İntizam Komitəsi Serbiyaya 0:3 hesablı texniki məğlubiyyət verəcək.

630