“Qarabağ” Respublika stadionundan əl çəkmir
13 oktyabr 2010 13:55 (UTC +04:00)

“Qarabağ” Respublika stadionundan əl çəkmir

Lent.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, turun 6 qarşılaşmasından 3-ü eyni vaxtda başlanacaq.

Tura oktyabrın 16-da saat 15:00-da Qəbələ şəhər stadionunda eyniadlı komanda və “Muğan” arasındakı görüşlə start veriləcək. Final fiti isə ertəsi gün Tofiq Bəhramov adına Respublika stadionunda səslənəcək. Hələ də özünə daimi stadion tapa bilməyən “Qarabağ” ardıcıl 3-cü ev oyununu Respublika stadionunda keçirəcək. Bu dəfə Ağdam komandasının rəqibi “Simurq” olacaq.

Lider “Neftçi” oktyabrın 17-də Tovuzda “Turan”a qonaq olacaq. “Xəzər Lənkəran” isə eyni vaxtda Gəncə şəhər stadionunda eyniadlı komanda ilə oyuna çıxacaq. “Şəfa” stadionunun şərikli istifadəçiləri AZAL-la “İnter” bundan bir gün öncə üz-üzə gələcəklər. Tədricən özünə gəlməyə başlayan “Bakı” isə MOİK-i qəbul edəcək.

16 oktyabr (şənbə)

18:00. “Bakı” - MOİK
Tofiq Bəhramov adına Respublika stadionu.

15:00. “Qəbələ” – “Muğan” (Salyan)
Qəbələ şəhər stadionu.

16:30. AZAL (Bakı) – “İnter” (Bakı)
“Şəfa” stadionu.

17 oktyabr (bazar)

15:00. “Turan” (Tovuz) – “Neftçi” (Bakı)
Tovuz şəhər stadionu.

15:00. “Gəncə” – “Xəzər Lənkəran”
Gəncə şəhər stadionu.

15:20. “Qarabağ” (Ağdam) – “Simurq” (Zaqatala)
Tofiq Bəhramov adına Respublika stadionu.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 678

Oxşar yazılar