Ridvan Dilmən: “Azərbaycanda da işləməyə hazıram”
13 oktyabr 2010 13:08 (UTC +04:00)

Ridvan Dilmən: “Azərbaycanda da işləməyə hazıram”

“Oyundan əvvəl də bildirmişdim ki, hər iki komanda üçün çətin qarşılaşma olacaq. Azərbaycan doğma meydanda yaxşı oynayan, mübarizə aparan komandadır. Almaniya məğlubiyyətindən sonra Türkiyə millisi kefsiz idi. Qrupdan çıxmaq üçün Azərbaycanla görüşdə mütləq qələbə qazanmalı idi. Ancaq bu baş vermədi”. Lent.az-ın məlumatına görə, bu sözləri “apasport.az” saytına açıqlamasında tanınmış şərhçisi Rıdvan Dilmən deyib.

Dünən keçirilən Azərbaycan – Türkiyə matçını şərh etmək üçün ölkəmizə gələn ötənlərin məşhur futbolçusu oyun haqda fikirlərini bildirib. Qarşılaşmanı NTV kanalı üçün şərh edən Dilmən Azərbaycanla Türkiyə futbolunu da müqayisə edib: “Azərbaycanla Türkiyə futbolunu müqayisə etsək, böyük fərqlər görərik. Türkiyə bu sahədə uzun yol qət edib. Azərbaycan ötən seçmə mərhələdə öz oyununu tapmağa başladı. Ancaq nədənsə AÇ-2012-in seçmə mərhələsinə uğursuz başladı. Bu mənə də təəccüblü gəldi. Almaniya və Avstriya ilə oyunlarda erkən dəqiqələrdən oyundan qopmuşdu. Hər iki görüşdə birinci qoldan sonra öz oyununu nümayiş etdirə bilmədi”.

Bir vaxtlar Türkiyə millisinin də şərəfini qorumuş veteran futbolçusu “ay-ulduzlu”lar haqda nikbin fikirdədir. O, A qrupunda Türkiyənin əsas rəqibi kimi Belçikanı görür. Dilmən qrupu dəyərləndirərkən, millimizin 4-cü və ya 5-ci pillədə tamamlayacağını bildirib: “Məncə, Almaniya qrupu ilk sırada tamamlayacaq. İkincilik üçün də Belçika və Türkiyə arasında amansız mübarizənin gedəcəyini düşünürəm. Bu cür oyunla Azərbaycan millisi qrupu 4-cü və ya 5-ci pillədə bitirəcək”.

Hazırda NTV və NTV spor kanallarında şərhçilik edən “şeytan” ləqəbli Rıdvan qarşıdakı illərdə yenidən məşqçilik etmək istədiyini vurğulayıb. Azərbaycanı və azərbaycanlıları çox sevdiyini deyən məşhur şərhçi ölkəmizdə işləməyi istisna etmir: “Hələlik NTV ilə müqaviləm var. Gələcəkdə yenidən məşqçiliklə məşğul olmaq istəyirəm. Təklif olarsa, Azərbaycanda da işləməyə hazıram. Azərbaycanı və xalqınızı çox sevirəm”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 714

Oxşar yazılar