David Vilya İspaniya rekordçusu oldu
13 oktyabr 2010 13:02 (UTC +04:00)

David Vilya İspaniya rekordçusu oldu

Lent.az-ın məlumatına görə, Vilya karyerasında 45-ci qolu vuraraq, aktivində 44 top olan Raulu geridə qoyub.

O, oktyabrın 12-də keçirilmiş 2012-ci il dünya çempionatının seçmə qrup matçında Şotlandiyanı məyus edib. 3:2 hesabı ilə nəticələnən qarşılaşmada son Avropa və dünya çempionlarının digər qollarına Andres İnyesta və Fernando Lyorente imza atıb. Bununla da İspaniya millisi 3 oyundan 9 xalla İ qrupunda vahid liderliyi davam etdirir.

Baş məşqçi Visente Del Boske Vilyanın özünə artıq böyük karyera qurduğunu açıqlayıb. Onun sözlərinə görə, 29 yaşlı hücumçunun Raulun nailiyyətini keçməsi hər şeydən xəbər verir.

Qeyd edək ki, David Vilya 2008-ci ildə Avropa, 2010-cu ildə isə dünya çempionluğunu qazanıb. O, qitə birinciliyində 4 qolla bombardir, mundialda isə 5 qolla 4 ən yaxşı bombardirdən biri olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 646

Oxşar yazılar