Berti Foqts: “Bu oyundan sonra Türkiyə futbolun xəritəsinə Azərbaycanın adını da daxil edəcək”
“Öz komandama böyük kompliment demək istəyirəm. Avstriyaya uduzsaq da komanda yaxşı hazırlıq keçdik. Biz bunun bəhrəsini Türkiyə ilə oyunda gördük”. Lent.az-ın məlumatına görə, bu fikirləri futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts deyib.
Foqts yığmamızın Türkiyə üzərində 1:0 hesablı qələbə ilə əlaqədar azarkeşlərə təşəkkür edib. Onun fikrincə, məhz Tofiq Bəhramov adına Respublika stadionunu dolduran tərəfdarlar sayəsində millimiz qələbəni qoruya bilib. O, qələbəni AFFA prezidentinə və azarkeşlərə həsr edib: “Biz oyunu yaxşı başladıq. Türkiyə futbolunun səviyyəsini bilirəm. Bu oyundan sonra məncə, Türkiyə futbolun xəritəsinə Azərbaycanın adını da daxil edəcək. Sona yaxın bəxtimiz də gətirdi. Təəssüf ki, Avstriya ilə oyunda bəxtimiz gətirmədi”.
Baş məşqçi millimizin kapitanı və yeganə qolun müəllifi Rəşad Sadıqovun əməyini xüsusi vurğulayıb. Onun sözlərinə görə, 90 dəqiqə sonra bir oyunçu adını çəkə bilərsə, bu, Rəşad Sadıqovdur: “O, həqiqətən də kapitan kimi komandanı arxasınca apardı”.
Bununla belə, Foqts komandamızı çox tərifləməyin əleyhinə çıxıb. Onun fikrincə, gənclərdən qurulan komandamız səhvlər edə bilər. Bu səbəbdən, futbolçulardan daha çox şey tələb etmək lazımdır ki, gələcəkdə bundan da yaxşı oyun sərgiləsinlər. Məsələn, Vaqif Cavadov bacarığının 80 faizini göstərdi. O, daha yaxşı oyuna qadirdir”.
Türkiyə millisinin baş məşqçisi Qus Hiddink isə 4 gün ərzində Almaniya və Azərbaycana məğlubiyyətin çox üzücü olduğunu bildirib. Onun sözlərinə görə, “ay-ulduzlular” hazırda çox pis dövr yaşayırlar: “4 günə 2 məğlubiyyəti karyeramda xatırlamıram. Almaniyaya uduzmaq bəlkə təbii idi. Amma Azərbaycana məğlub olmaq həqiqətən də üzücüdür. Rəqibləri digərlərinin qələbəsini gözləmədən udmalıyıq”.
Vacib xal itkilərinə rəğmən, Hiddink istefa vermək istəmədiyini bildirib: “Hələ seçmə mərhələnin çox əvvəlindəyik. Hər şeyi zamana buraxmalıyıq. Hələ qarşıda oyunlarımız durur. Bizim 2 strategiyamız var: Birbaşa finallara aparan xallar almaq və aşağı yaş qruplarından oyunçular qazandırmaq. Amma 21 yaşlılardan ibarət millimizin oyunçuları öz klublarında əsas heyətdə oynamırlar. Bu isə pis haldır”.
Hollandiyalı mütəxəssis yığmamızın qrupdakı digər rəqiblərdən də xal almağa qadir olduğunu söyləyib. O, hətta komandamızın dəstəyinə ehtiyac duyduğunu da gizlətməyib: “Həqiqətən də indiki kimi əks-hücumda oynasanız, digərlərindən də xal ala bilərsiniz. Mən isə açığı, buna məmnun olaram. Özümüzə gəldikdə, əgər bir oyunda qol vura bilməyib, standart vəziyyətdən qol buraxarsınızsa, oyununuz istədiyiniz kimi alınmaz”.
Hiddink zədə üzündən oynamayan Arda Turanın yoxluğunu böyük itki adlandırıb: “Ardaya ikinci alternativin olmadığı görünür. Onun yoxluğuna üzgünük. Keçmişdə həqiqətən də Türkiyə böyük komanda idi. Amma son dövrlər oyunçularla bağlı problemlər oldu. Köhnələrinin yerinə yenisi gəlmədi”.
Qeyd edək ki, Azərbaycan millisi Türkiyəni 1:0 hesabı ilə məğlub edib. Yeganə topu 39-cu dəqiqədə Rəşad Sadıqov vurub.

791