“İnter”in argentinalı futbolçuları sıradan çıxdı
12 oktyabr 2010 17:45 (UTC +04:00)

“İnter”in argentinalı futbolçuları sıradan çıxdı

Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, hər iki oyunçu Argentina milli komandasının düşərgəsindən zədəli qayıdıb.

Cənubi amerikalıların Yaponiyaya 0:1 hesabı ilə məğlub olduqları yoldaşlıq görüşündə Milito və Kambyasso əzələlərini dartıblar. Onlar “İnter”in oktyabrın 20-də öz meydançasında İngiltərə “Tottenhem”i ilə keçirəcəyi Çempionlar Liqası matçında və İtaliya çempionatında növbəti 3 tur oyununda forma geyinməyəcəklər.

Qeyd edək ki, Dieqo Milito hücumçu, Esteban Kambyasso isə yarımmüdafiəçidir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 596

Oxşar yazılar