Yoldaşlıq görüşü: Braziliya Ukraynanı yendi
12 oktyabr 2010 11:52 (UTC +04:00)

Yoldaşlıq görüşü: Braziliya Ukraynanı yendi

2012-ci il Avropa çempionatının həmtəşkilatçısı Ukrayna milli komandası ilə 2014-cü il dünya çempionatının təşkilatçısı Braziliya yığması arasında yoldaşlıq görüşü keçirilib. Lent.az-ın məlumatına görə, İngiltərənin Darbi şəhərində baş tutan qarşılaşma “sambaçılar”ın qələbəsi ilə nəticələnib – 2:0.

Hesabı 24-cü dəqiqədə Dani Alveş açıb. 64-cü dəqiqədə isə Aleşandro Pato yekun hesabı müəyyənləşdirib.

Bu, Braziliya millisinin 2010-cu il dünya çempionatının ¼ finalında Hollandiyaya 1:2 hesablı məğlubiyyəti ilə başa çatan qarşılaşmadan sonra 3-cü yoxlama matçı olub. 3 görüşün heç birində braziliyalıların rəqibləri qol vura bilməyiblər. Hazırda “pentakampeonlar”a Mano Menezes rəhbərlik edir. O, dünya çempionatından sonra qovulan Karlos Dunqanı əvəzləyib.


1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 625

Oxşar yazılar