Futbolçu yenə “tumanını başına atacaq” - FOTO
Lent.az-ın “Daily Star”a istinadən verdiyi məlumata görə, Vuçiniç ilk dəfə oktyabrın 8-də İsveçrənin qapısından qələbə topunu keçirdikdən sonra qol sevincini belə qeyd edib.
Hücumçu bildirib ki, bu hərəkəti ilə heç kimə qarşı hörmətsizlik etməyib. Onun sözlərinə görə, hər bir futbolçunun qol sevincini qeyd etmə üsulu var: “İngiltərə ilə görüşdə də qələbə topunu vursaq, eyni üsuldan yararlanmaqdan çəkinməyəcəyəm”.
Qeyd edək ki, Londondakı “Uembli” stadionunda keçiriləcək İngiltərə - Çernoqoriya qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da başlanacaq. Mirko Vuçiniç bu görüşdə də komandasının qələbəsinə inandığını bildirib. Əvvəlki 3 görüşdən qalib ayrılan Çernoqoriya millisi 9 xalla G qrupunun lideridir. İngiltərə isə 2 oyundan 6 xal yığıb.

637