Qus Hiddink baş məşqçi karyerasını bitirəcəyi vaxtı açıqlayıb
11 oktyabr 2010 15:34 (UTC +04:00)

Qus Hiddink baş məşqçi karyerasını bitirəcəyi vaxtı açıqlayıb

Lent.az-ın məlumatına görə, Hiddink bunu “NTV Spor” telekanalına açıqlamasında bildirib.

Hollandiyalı mütəxəssis deyib: “Məqsədim Türkiyə millisini 2014-cü il dünya çempionatının finalına çıxarmaqdır. Sonra isə bir daha məşqçilik etməyəcəyəm”.

Martda Türkiyə Futbol Federasiyası (TFF) ilə müqavilə bağlamış Hiddink anlaşmanın 2 illik olduğunu bildirib. Halbuki bunadək təcrübəli baş məşqçinin sonradan daha 2 il uzadılmaq şərtilə sövdələşdiyi deyilirdi.

Qeyd edək ki, Qus Hiddink oktyabrın 8-də keçirilmiş 2012-ci il Avropa çempionatının seçmə qrup matçında Türkiyənin Almaniyaya 0:3 hesablı məğlubiyyətindən sonra sərt tənqidlərə məruz qalıb. Türkiyənin bir sıra siyasətçiləri Hiddinki məğlubiyyətin birbaşa günahkarı adlandıraraq, baş məşqçinin maaşının açıqlanması tələbi ilə parlamentə sorğu göndəriblər. “Milliyet” qəzeti yazır ki, TFF-in prezidenti Mahmud Özgənər millət vəkillərinin səs-küy qaldırmalarının qarşısını ala bilib. O, Hiddinkin mükafatlar olmadan ildə 4 milyon avro əmək haqqı aldığını söyləyib. Lakin Türkiyə mətbuatı iddia edir ki, hollandiyalı mütəxəssis dünyanın ən bahalı məşqçisidir. Onun əmək haqqı isə ildə 8 milyon avrodur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 540

Oxşar yazılar