Türkiyə millisi “Bakı”nın bazasındakı meydançadan qorxdu - FOTO
Lent.az-ın “Habertürk”ə istinadən verdiyi məlumata görə, futbolçular Biləcəri qəsəbəsində yerləşən bazaya gələrkən, xoşagəlməz sürprizlə qarşılaşıblar.
Onlar ot örtüyünün çuxurlar üzündən dəlik-deşik vəziyyətə düşdüyünün, parça-parça kəsilən çimlərlə düzəltməyə çalışıldığının şahidi olublar. Qazonun rəzalətli durumda olduğunu yazan türkiyəli həmkarlarımız belə ot örtüyünün həm məşqçilər heyətini, həm də oyunçuları çaşqın vəziyyətə saldığını iddia edib. “Ay-ulduzlular” bu cür meydançanın Arda Turanda olduğu kimi, qasıq nahiyəsindən zədəyə yol aça biləcəyini söyləyə-söyləyə meydançanı yoxlayıblar.
Bu vaxt onlar üçün alternativ variant ortaya çıxıb. Təqribən 20 metr aralıda olan süni örtüklü meydança Türkiyə yığmasına təklif olunub. Lakin futbolçular süni meydançadansa, dəlik-deşik ot örtüyündə məşq etməyi üstün tutublar. Saatyarımlıq məşq zamanı onlar zədələnmə təhlükəsini də göz önünə gətiriblər.
Qeyd edək ki, Türkiyə millisinin növbəti məşqi oktyabrın 11-də saat 19:00-da Tofiq Bəhramov adına Respublika stadionunda olacaq. Ertəsi gün saat 20:00-da isə “ay-ulduzlular” Azərbaycan yığması ilə oyuna çıxacaqlar.

Oxşar yazılar

"Real Madrid"in 18 yaşlı ulduzu evləndi
19 iyul 2025 , 02:44
Dünyanın ən məşhur qadın futbolçusuna şəxsi mühafizə verildi
18 iyul 2025 , 18:55
Lukas Vaskes İtaliyanın iki nəhəng klubunun hədəfində
18 iyul 2025 , 15:52
FHN-in yaranmasının 20 illiyinə həsr olunmuş çempionata yekun vurulub
18 iyul 2025 , 13:47
Arda Turanın ukraynalı müxbirə müsahibəsi olay oldu
18 iyul 2025 , 13:47
Rekord təklif: Vinisius ən bahalı transfer ola bilər
18 iyul 2025 , 13:04
Levandovski ən çətin göstəricidə Messiyə çatdı: çətin ki, kimsə buna nail olsun
18 iyul 2025 , 09:39