“Vaqif Cavadovun “Tvente”dən getməsinin səbəbini mən bilirəm”
11 oktyabr 2010 13:31 (UTC +04:00)

“Vaqif Cavadovun “Tvente”dən getməsinin səbəbini mən bilirəm”

Oktyabrın 12-də keçiriləcək Azərbaycan - Türkiyə matçı öncəsi futbol üzrə milli komandamızın baş məşqçisi Berti Foqts mətbuat konfransı keçirib.


Lent.az-ın məlumatına görə, Foqts 2012-ci il Avropa çempionatının seçmə qrup mərhələsində ilk ev oyununun Bakıda keçirilməsindən məmnun olduğunu bildirib.

O, azarkeşlərin oyunda komandamıza dəstək verəcəklərinə inandığını dilə gətirib. Berti Foqtsun sözlərinə görə, bu qarşılaşmada futbolçularımız meydançada özlərini rahat hiss etməlidirlər. Baş məşqçinin fikrincə, yığmamız əvvəlki görüşlərdə Almaniyaya 1:6, Avstriyaya 0:3 hesabı ilə uduzsa da, komandamızın oyununda müsbət cəhətlər var.

O, problem qismində Türkiyə ilə qarşılaşmada 3 futbolçumuzun zədə üzündən oynamayacağını bildirib. Üstəlik, Əfran İsmayılov da uzun müddətə sıradan çıxıb: “Bununla belə, oyunçularımdan yaxşı oyun tələb edəcəyəm. 90 dəqiqə ərzində 1 qol vəziyyəti yaratmaq azdır”.

Foqts bildirib ki, məşq zamanı bir sıra gözlənilməz problemlərlə də qarşılaşıb: “Suraxanı stadionuna hazırlıq üçün gedən zaman qapının toru yox idi. 15 dəqiqə qapının torunun taxılmasını gözlədik. Meydançanın ot örtüyü da ağır vəziyyətdə olub. Belə hallar inkişafa yeni başlayan ölkələrdə olur. Amma bizim AFFA ilə birgə uzunmüddətli proqramımız var. 20 il əvvəl Türkiyədə də həmin variantdan yararlanıblar. O zaman Türkiyəyə almaniyalı mütəxəssis dəvət olunmuşdu. İndi də bu təcrübədən yararlanmaq istəyirik. İnkişaf üçün vaxt lazımdır. İnanırıq ki, Azərbaycanda da futbol Türkiyədəki kimi inkişaf edəcək”.

Baş məşqçi komandamızın uduzmağını normal saysa da, sürpriz yaratmağın vacibliyini vurğulayıb: “Sabah futbolçular öz vətəni üçün vuruşmağa hazırdırlar. Onlar mənim verdiyim taktiki sxemlə oynamalıdırlar, şou göstərmək üçün yox. Müdafiədən hücuma qoşulmaqla bağlı da müəyyən problemlərimiz var. Avstriya ilə oyunda 3 səhvlə uduzduq, səhvləri azaltmalıyıq”.

Foqts 2010-cu il dünya çempionatının seçmə tsikli ilə müqayisədə 2012-ci il Avropa çempionatının seçmə mərhələsinə daha çox qol buraxmaqla başlamalarına da toxunub. Baş məşqçi qeyd edib ki, keçən tsiklə Finlandiya və Uelslə oyunla başlanılıb, indi isə Almaniya və Avstriya ilə oynanılıb və bu komandaların fərqi böyükdür: “Bu cari tiskl öncəsi futbolçulardan götürülən tibbi test onların əvvəlki tsklllə müqayisədə hazırlıqsız olduğunu göstərib. Buna görə də bu problemlər yaranıb. Həm də bir neçə müdafiəçimiz zədəlidir. Xüsusən, Maksim Medvedevi qeyd edərdim. O, öz üzərində işləsə, gələcəkdə Türkiyə və Almaniya çempionatlarında çıxış edə bilər. Zədəli müdafiəçinin əvəzinə layiqlisini tapmağın necə çətin olduğunu hər bir məşqçi gözəl anlayır”.

Foqts Vaqif Cavadovun hazırkı vəziyyətinə də toxunub. Onun sözlərinə görə, Cavadov Avstriya ilə oyunda zədəli olduğu üçün deyil, zəif çıxış etdiyi üçün əvəzlənib: “Mən Vaqif Cavadovun Hollandiyanın “Tvente” klubundan ayrılması ilə bağlı bu klubun rəhbərliyi ilə danışmışam. Cavadovun Tventedən getməsinin səbəbini mən bilirəm. Onlar deyiblər ki, “Tvente”dəki zədəsini bərpa etdikdən sonra öz üzərində ciddi işləməyi tapşırıblar. Amma Cavadov buna əməl etməyib, ona görə komandadan ayrılıb. Əgər sabah qərar versəm ki, Cavadov Türkiyəyə qarşı oynayacaq”.

Elşən Məmmədov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 739

Oxşar yazılar