Türkiyə yığması zərbə üstünə zərbə aldı - FOTO
Lent.az-ın “Habertürk”ə istinadən verdiyi məlumata görə, 0:3 hesablı məğlubiyyətə düçar olan “ay-ulduzlular”ın iki futbolçusu da zədələnib.
24-cü dəqiqədə Mehmet Aurelio sol ayaq əzələsindən xəsarət alıb. Nəticədə o, yerini Tuncay Şanlıya verməli olub. Aurelio yığmanın düşərgəsini də tərk edərək, İstanbula qayıdıb. Onun zədəsinin ciddilik dərəcəsinə rentgen müayinəsindən sonra aydınlıq gələcək.
Bundan əlavə, epizodların birində Bundestimin qapıçısı Manuel Noyerlə toqquşan Sərvət Çətin də almacıq sümüyünün qırılma ehtimalı ilə xəstəxanaya çatdırılıb. Əslən azərbaycanlı müdafiəçinin oktyabrın 12-də Bakıda Azərbaycan millisinə qarşı matçda iştirakı böyük sual altındadır.
Almaniya ilə oyun ərəfəsində isə Arda Turan qasıq nahiyəsindəki ağrılarının güclənməsi ilə əlaqədar heyətdən çıxarılıb. Beləliklə, Türkiyə millisinin bu gün ölkəmizə Arda və Aurelio itkisi ilə gələcəyi dəqiqdir. Amma Sərvətin durumuna hələ aydınlıq gəlməyib.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Türkiyə matçı saat 20:00-da başlanacaq. Hər iki yığma bu qarşılaşma öncəsi 0:3 hesabı ilə uduzub. Türkiyə Berlində Almaniyaya, Azərbaycan isə Vyanada Avstriyaya yenilib.

Oxşar yazılar

İtaliya Kubokunun finalı “Bolonya” və “Milan” arasında baş tutacaq
25 aprel 2025 , 01:15
"Qalatasaray"ın finaldakı rəqibi "Tranzonspor" oldu
24 aprel 2025 , 23:59
Viktor Valdes futbola qayıtdı
24 aprel 2025 , 23:29
Çempionlar Liqasının 1/4 finalçısı De Bruyne ilə maraqlanır
24 aprel 2025 , 19:46
Kloppdan məşqçiliyə qayıtmaqla bağlı QƏRAR
24 aprel 2025 , 18:57
"Barselona" Yamalla bağlı qərar verdi
24 aprel 2025 , 17:57
“Bavariya” gözlənilməz problemlə üzləşdi
24 aprel 2025 , 17:17