Vaqif Sadıqov: “Avstriyaya uduzmaq olar, amma...”
08 oktyabr 2010 17:21 (UTC +04:00)

Vaqif Sadıqov: “Avstriyaya uduzmaq olar, amma...”

Bu sözləri Avstriya ilə oyun öncəsi Lent.az-a açıqlama verən futbol millimizin keçmiş baş məşqçisi Vaqif Sadıqov bildirib.

Sadıqov onu da qeyd edib ki, artıq uğur qazanmağın vaxtı çatıb: “Avstriya kimi rəqibə qarşı oyunda nəyə qadir olduğumuzu göstərə bilərik. Məncə millimiz rəqiblə başabaş mübarizə aparmaq gücündədir. Bu oyunda məğlub olmamaq bizi qane edər. Avstriyaya məğlub olmaq da olar, amma pis oynamaq olmaz”.

Qeyd edək ki, yığmamız 2005-ci ildə Avstriya ilə 0:0 hesabı ilə heç-heçə edəndə komandanın baş məşqçisi Vaqif Cavadov idi.

Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1094

Oxşar yazılar