Millimizin baş məşqçisi toylarda tamadalıq edir – – EKSKLÜZİV
Paralimpiyaçı cüdoçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Əhməddin Rəcəbli toylarda tamadalıq da edir. Bu haqda Lent.az-a 65 yaşlı mütəxəssisin özü məlumat verib.
O, tamadalıqla hələ gənclik illərindən məşğul olduğunu bildirib. Müxtəlif yarışlarda diktor kimi çalışdığı vaxt o, bacarığını toylarda da sınamaq qərarına gəlib. Rəcəbli 1992-ci il Barselona Yay Olimpiya Oyunlarında qızıl medal qazanmış cüdoçumuz Nazim Hüseynovun böyük, cüdo yığmamızın baş məşqçisi Ağayar Axundzadənin oğlunun kiçik toy məclisini aparıb. Onun tamadalıq qabiliyyətini görənlər Rəcəblini öz yaxınlarının mərasimlərinə də dəvət ediblər.
Təcrübəli mütəxəssis artıq nəinki Bakıda və yaşadığı Sumqayıt şəhərində, hətta şimal regionunda da toylara çağırılır. O, imkan düşdükcə, vaxtı olduqca mərasimləri aparır. İndi də bu fəaliyyətini davam etdirən Rəcəbli toylarda tamadalığı əvəzində verilən puldan imtina etmir: “Əsasən, dost-tanışların toyunda tamadalıq etməyə razılıq verirəm. Bir də ki, vaxtım imkan verdikcə, toyları aparıram. Bəziləri deyir ki, idmançılar, məşqçilər az danışan olurlar. Amma məndə natiqlik qabiliyyəti var. Bu isə mənə toyları aparmaqda kömək edir. Əlbəttə, haqqını danışıb getdiyim toylar da olur”.
Əhməddin Rəcəbli müxtəlif toy mərasimlərində tamadalıq vaxtı və tanınmış müğənnilərlə çəkdirdiyi şəkilləri də Lent.az-a təqdim edib.
Elşən MƏMMƏDOV

1590