Berti Foqts Azərbaycan millisinin məqsədini açıqladı
07 oktyabr 2010 17:36 (UTC +04:00)

Berti Foqts Azərbaycan millisinin məqsədini açıqladı

Lent.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, “Holiday İnn” otelində təşkil olunan mətbuat konfransında Foqts millimizin Avstriyaya uduzmağa gəlmədiyini bildirib. Almaniyalı mütəxəssisin fikrincə, yığmamız öz oyununu göstərsə, qələbə qazana bilər: “Komandamızın sabahkı oyuna hazırlığı haqda danışmaq istəmirəm. Avstriyada yaxşı dostlarım var. Buna baxmayaraq, məqsədimiz Bakıya xalla qayıtmaqdır. AFFA ilə müqavilə bağladığımız vaxt əsas məqsədimiz təkcə millini deyil, ümumilikdə futbolu inkişaf etdirmək idi. Buna görə, gənclərə də şans verməliyəm. Məsələn, zədəli qapıçı Səlahət Ağayevin yoxluğunda Aqil Məmmədovu milliyə dəvət etmişik”.


Bununla belə, Foqts Avstriya yığmasının komandamızla oyuna ciddi hazırlaşdıqlarını vurğulayıb: “Avstriyalılar ötən tur Qazaxıstanla oyunun sonlarında 2 qol vurub qələbə qazandı. Onlar həmin matçdan nəticə çıxarıblar. Buna görə də bizimlə qarşılaşmaya ciddi hazırlaşıblar. Sabahkı görüş çox çətin keçəcək. Meydanda son dəqiqəyədək mübarizə aparmaq lazımdır”.


Avstriya yığması ilə oyundan 4 gün sonra Bakıda Türkiyə millisi ilə qarşılaşacaqlarını deyən yığmamızın baş məşqçinin sözlərinə görə, futbolçularımız belə qrafikə öyrəşməyiblər: “Bu planda çatışmazlıq var və bunun üzərində işləyirik”.

Qeyd edək ki, “Ernst Happel” stadionunda keçiriləcək Avstriya – Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:30-da başlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 791

Oxşar yazılar