İsraili fələstinlilərə görə UEFA-dan qovula bilər
07 oktyabr 2010 11:20 (UTC +04:00)

İsraili fələstinlilərə görə UEFA-dan qovula bilər

Lent.az-ın “korrespondent.net” saytına istinadən verdiyi məlumata görə, buna səbəb İsrail yerli hakimiyyət orqanlarının fələstinli futbolçularla matçlarda oynamağa maneçilik törətməsidir.

UEFA prezidenti Mişel Platini keçən həftə Fələstin Olimpiya Komitəsinin sədri Cibriel Radzubla görüşüb və ona bu məsələdə tam dəstək verəcəyini vəd edib. Mişel Platini deyib ki, İsrail təhlükəsizlik mülahizəsinə görə fələstinli idmançıları komandaya dəvət etmir və bu, UEFA-nın qaydalarının pozulması deməkdir: “Bütün futbolçular azad hərəkət etmək haqqına malikdirlər. Əgər biz İsrailə Avropada oynamağa icazə vermişiksə, İsrail UEFA-nın qaydalarına riayət etməlidir”.

Qeyd edək ki, bu şənbə Avropa çempionatının növbəti mərhələsində İsrail qrup oyununda Xorvatiya ilə qarşılaşacaq. Oyun Təl-Əvivin Ramat-Qan stadionunda keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 749

Oxşar yazılar