Mixael Ballak ilin sonunadək oynamayacaq
06 oktyabr 2010 18:03 (UTC +04:00)

Mixael Ballak ilin sonunadək oynamayacaq

Lent.az-ın məlumatına görə, 34 yaşlı yarımmüdafiəçi sentyabrın 11-də “Hannover”lə ölkə çempionatı matçında baldırından xəsarət alıb.

“Bayer”in kapitanının oktyabrın sonlarında meydançaya qayıdacağı gözlənilsə də, indi onun müalicəsinə kifayət qədər vaxt lazım gələcəyi müəyyənləşib. Yaxın 5-6 həftə ərzində Ballak xüsusi lövhəciklə gəzəcək. Sonradan o, tibbi müayinədən keçəcək. Müayinə nəticəsində təcrübəli oyunçunun bərpa prosesinin gedişinə aydınlıq gələcək. Amma istənilən halda, futbolçu 2011-ci ildən tez meydançaya çıxa bilməyəcək.

Qeyd edək ki, Mixael Ballak “Bayer”lə iyunun sonlarında müqavilə bağlayıb. Bunadək Ballak İngiltərənin “Çelsi” klubunda 4 ilədək çıxış edib. O, mayda baldır nahiyəsindən aldığı zədə üzündən dünya çempionatını buraxmalı olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1235

Oxşar yazılar