Olimpiya çempionu pedaqoji elmlər namizədi oldu
Lent.az-ın “Sovetskiy Sport”a istinadən verdiyi məlumata görə, İsinbayeva oktyabrın 5-də Volqoqrad Dövlət Bədən Tərbiyəsi Akademiyasında “Müasir Olimpiya Oyunlarının təkamülünün konseptual modeli” mövzusunda dissertasiya müdafiə edib.
O, olimpiya hərəkatının inkişafı mövzusunun ona çoxdan tanış olduğunu bildirib. İsinbayeva dissertasiya işinə son ştrixləri 14 – 26 avqustda Sinqapurda keçirilmiş Yeniyetmələrin I Yay Olimpiya Oyunlarından qayıtdıqdan sonra əlavə edib. İdmançı bildirib ki, müdafiə vaxtı yarışlarda iştirakından az həyəcanlanmayıb.
Qeyd edək ki, hazırda Yelena İsinbayeva turnirlərə qatılmır. O, 2010-cu ildə Qətərdə keçirilmiş qapalı yerdə atletika üzrə dünya çempionatında uğursuz çıxışından sonra fasilə götürüb. İsinbayeva 2011-ci ilin fevralında Moskvada təşkil olunacaq “Rus qışı” turnirində idmana qayıtmaq niyyətindədir.

679