Milli komandanın futbolçusu 122 yaşınadək diskvalifikasiya edildi
06 oktyabr 2010 15:13 (UTC +04:00)

Milli komandanın futbolçusu 122 yaşınadək diskvalifikasiya edildi

Lent.az-ın “France Soir” nəşrinə istinadən verdiyi məlumata görə, bu qərarı Fransa Futbol Federasiyası (FFF) çıxarıb.

Bədrəddin eyni vaxtda iki klubla müqavilə bağladığı üçün cəzalandırılıb. 31 yaşlı oyunçu həm FFF, həm də Milli Futzal Klubları Birliyinin (UNCF) bayrağı altında çıxış edən klublarla anlaşıb. Bu səbəbdən, futzalçı 31 dekabr 2099-cu ilədək diskvalifikasiyaya məruz qalıb. Bu isə o deməkdir ki, Bədrəddin nəzəri cəhətdən 122 yaşında çıxışlarını bərpa edə bilər. Ona 3 min avro cərimə də kəsilib.

Futzalçının özü isə “Chronofoot” nəşrinə açıqlamasında cəzasını ağlasığmaz adlandırıb. O bildirib ki, bir-iki il də oynadıqdan sonra idmandan getmək və müəllim olmaq arzusunda olub. Bədrəddinin sözlərinə görə, qaydalarda müxtəlif assosiasiyaların klublarında futzal oynamağa qadağa yoxdur. Futzalçı FFF-in qərarından apellyasiya verəcəyini də vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 632

Oxşar yazılar