AFFA-dan Azərbaycan yığmasının qapıçısına şok cəza
05 oktyabr 2010 14:35 (UTC +04:00)

AFFA-dan Azərbaycan yığmasının qapıçısına şok cəza

Lent.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, buna Ağayevin Unibank Premyer Liqasının VIII turunda “Bakı” ilə oyunun 85-ci dəqiqəsində etdiyi hərəkət səbəb olub.

24 yaşlı qolkiper “Bakı”nın futbolçusu Vaqif Cavadovun qolundan sonra topu tordan özü çıxarıb. Bu zaman ona yaxınlaşan “Bakı”nın futbolçusu Vyaçeslav Sofroni topu almaq istəyib. Lakin Ağayev Sofroninin sifətinə əllə zərbə endirib. Baş hakim Fariz Yusifov həmin vaxt bu epizodu görməyib. Lakin oyunun videoyazısına baxan və Hakim-İnspektor Füzuli Nəcəfovun raportuna əsaslanan İntizam Komitəsi “Xəzər Lənkəran”ın kapitanını 4 oyunluq, yəni ilk dövrənin sonunadək cəzalandırıb. Kluba isə 4 min manat cərimə kəsilib.

Eyni cərimə və cəza “Bakı” və onun braziliyalı hücumçusu Jabaya tətbiq olunub. “Sambaçı” 74-cü dəqiqədə rəqib oyunçu Konstantin Arbonasa əli ilə zərbə endirdiyi üçün birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılıb.

MOİK-lə qarşılaşmanın 83-cü dəqiqəsində əllə oynadığı üçün ikinci sarı vərəqə ilə meydançadan qovulan “Gəncə”nin müdafiəçisi Rafael Əmirbəyov isə 1 oyunluq cəzalandırılıb. Kluba isə 200 manat cərimə kəsilib.

Qeyd edək ki, hazırda Kamran Ağayev Avstriyanın Vyana şəhərində olan Azərbaycan yığmasının düşərgəsindədir. O, millimizin oktyabrın 8-də səfərdə Avstriya, bundan 4 gün sonra isə Bakıda Türkiyə ilə keçirəcəyi 2012-ci il Avropa çempionatının seçmə qrup matçlarına hazırlaşır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 866

Oxşar yazılar