2012-ci il Avropa çempionatının final mərhələsi – TƏQVİM
05 oktyabr 2010 12:53 (UTC +04:00)

2012-ci il Avropa çempionatının final mərhələsi – TƏQVİM

Lent.az-ın məlumatına görə, qitə birinciliyi iyunun 8-dən iyulun 1-dək Polşa və Ukraynada təşkil olunacaq.

Polşa millisi avtomatik olaraq, A qrupuna düşüb. Məhz bu ölkənin iştirakı ilə paytaxt Varşavadakı qarşılaşma çempionatın açılış oyunu olacaq. D qrupunda yer alacaq Ukrayna yığması isə ilk oyununu iyunun 11-də Kiyevdə keçirəcək. Bu qrupdakı qalan 2 oyun isə iyunun 15-də və 19-da Donetskdə baş tutacaq.

Ümumiyyətlə, Kiyevdə qrup mərhələsinin 3 oyunu, eləcə də ¼ final və final matçları keçiriləcək. Donetksdə də eyni sayda görüş olacaq. Bunlar qrup mərhələsinin 3 oyunu, ¼ final və yarımfinal qarşılaşmalarıdır. Xarkov və Lvov qrup mərhələsinin hərəyə 3 görüşünü qəbul edəcək.

Polşanın Vrotslav və Poznan şəhərlərinə qrup mərhələsinin hərəyə 3 oyunu salınıb. Qdanskda qrup mərhələsinin 3 matçından əlavə, ¼ final görüşü baş tutacaq. Varşava isə qrup mərhələsinin qarşılaşmasını, ¼ final və yarımfinal matçını qəbul edəcək. Bütün görüşlər Bakı vaxtı ilə saat 21:00-da və 23:45-də başlanacaq.

Ümumiyyətlə, 31 matçdan 16-sı Ukraynada, 15-i Polşada baş tutacaq. Seçmə mərhələnin görüşləri 11 – 19 iyunda, ¼ final matçları 21 – 24 iyunda, yarımfinal oyunları 27-28 uyunda olacaq. Çempionata iyulun 1-də Kiyevdəki “Olimpiyski” stadionunda baş tutacaq final matçı ilə yekun vurulacaq.

2012-ci il Avropa çempionatının tam təqvimi:

8 iyun, cümə

1. 21:00. Varşava. Polşa - A2
2. 23:45. Vrotslav. A3 - A4

9 iyun, şənbə

3. 21:00. Xarkov. B1 - B2
4. 23:45. Lvov. B3 - B4

10 iyun, bazar

5. 21:00. Qdansk. C1 - C2
6. 23:45. Poznan. C3 - C4

11 iyun, bazar ertəsi

7. 21:00. Donetks. D3 - D4
8. 23:45. Kiyev. Ukrayna - D2

12 iyun, çərşənbə axşamı

9. 21:00. Vrotslav. A2 - A4
10. 23:45. Varşava. Polşa - A3

13 iyun, çərşənbə

11. 21:00. Lvov. B2 - B4
12. 23:45. Xarkov. B1 - B3

14 iyun, cümə axşamı

13. 21:00. Poznan. C2 - C4
14. 23:45. Qdansk. C1 - C3

15 iyun, cümə

15. 21:00. Kiyev. D2 - D4
16. 23:45. Donetsk. Ukrayna - D3

16 iyun, şənbə

17. 23:45. Vrotslav. A4 - Polşa
18. 23:45. Varşava. A2 - A3

17 iyun, bazar

19. 23:45. Xarkov. B4 - B1
20. 23:45. Lvov. B2 - B3

18 iyun, bazar ertəsi

21. 23:45. Qdansk. C4 - C1
22. 23:45. Poznan. C2 - C3

19 iyun, çərşənbə axşamı

23. 23:45. Donetsk. D4 - Ukrayna
24. 23:45. Kiyev. D2 - D3

¼ final mərhələsi

21 iyun, cümə axşamı


25. 23:45. Varşava. 1A - 2B

22 iyun, cümə

26. 23:45. Qdansk. 1B - 2A

23 iyun, şənbə

27. 23:45. Donetsk. 1C - 2D

24 iyun, bazar

28. 23:45. Kiyev. 1D - 2C

Yarımfinal mərhələsi

27 iyun, çərşənbə


29. 23:45. Donetsk. 25 cütünün qalibi – 27 cütünün qalibi

28 iyun, cümə axşamı

30. 23:45. Varşava. 26 cütünün qalibi – 28 cütünün qalibi

FİNAL

1 iyul, bazar


31. 23:45. Kiyev. 29 cütünün qalibi – 30 cütünün qalibi.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1081

Oxşar yazılar