Bakılı Əhməd Ələsgərovun yubileyi Odessada qeyd edildi
Xanımı bildirib ki, veteran futbolçu səhər saatlarında Odessa Şəhər Sovetinin Bədən Tərbiyəsi və İdman Komitəsi İdarəsinə çağırılıb. O, həyat yoldaşının yerli idman idarəsinə çağırılmasının yubileyi ilə bağlı olduğunu desə də, ətraflı məlumatı yalnız Ələsgərovun özünün tədbirdən qayıtdıqdan sonra verə biləcəyini söyləyib.
Qeyd edək ki, Əhməd Ələsgərov 1935-ci il oktyabrın 5-də Bakıda doğulub. İndiki Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirəndən sonra 1955 - 1965-ci illərdə Bakının "Neftyanik" (sonradan "Neftçi") klubunun şərəfini qoruyub. 1963-cü ildə fəxri idman ustası adına layiq görülüb.
Əhməd Ələsgərov futbolçu karyerasını başa vurandan sonra özünü məşqçilik sahəsində sınayıb, Azərbaycan futbol məktəbini SSRİ səviyyəsində təmsil edib. 1966 - 2006-cı illərə təsadüf edən fəaliyyəti ərzində baş məşqçi kimi fasilələrlə Bakının “Neftçi” (1966-1970, 1980-1982, 1999-2000), Tacikistanın “Pamir” (Düşənbə, 1972), Ukraynanın “Çernomorets” (Odessa, 1973-1977), Naxçıvanın “Araz” (1979), Moldovanın “Nistru” (Kişinyov, 1988-1989), “Şerif” (Tiraspol, 1997-1998) komandalarını çalışdırıb.
Azərbaycan, Ukrayna, Moldova və Tacikistanın əməkdar məşqçisidir.
Əhməd Ələsgərov 1966-cı ildə “Neftçi”yə SSSRİ çempionatlarında yeganə bürünc medalı qazandırıb. O, eyni uğura 1974-cü ildə Ukraynanın “Çernomorets” komandası ilə imza atıb. 1992-1993 və 1998 - 2000-ci illərdə Azərbaycan milli komandasının sükanı arxasına keçib, yığmamızın ilk məşqçisi kimi tarixə düşüb.
2005-2006-cı illərdə "Bakı" klubuna dəvət alan Əhməd Ələsgərov klubda müşavir və vitse-prezident vəzifələrində çalışıb. Elə həmin mövsüm “Bakı” Azərbaycan çempionu titulunu qazanıb.
Elşən Məmmədov

Oxşar yazılar

Çempionlar Liqasının 1/4 finalçısı De Bruyne ilə maraqlanır
24 aprel 2025 , 19:46
Kloppdan məşqçiliyə qayıtmaqla bağlı QƏRAR
24 aprel 2025 , 18:57
"Barselona" Yamalla bağlı qərar verdi
24 aprel 2025 , 17:57
“Bavariya” gözlənilməz problemlə üzləşdi
24 aprel 2025 , 17:17
Ançelotti İspaniya Kuboku finalı ərəfəsi iki əsas oyunçusunu itirdi
24 aprel 2025 , 16:21
“Srvena Zvezda”dan dünya rekordu
24 aprel 2025 , 13:53
Ən yaxşı oyunçuya quzu verdilər - Qeyri-adi MÜKAFAT
24 aprel 2025 , 12:17