Avropa çempionlarımız mükafatlandırıldı
Gürcüstanın Batumi şəhərində keçirilmiş 8 – 18 yaşlılar arasında Avropa çempionatında komanda hesabında birinci yeri tutan Azərbaycan şahmatçıları oktyabrın 4-də Bakı şəhər Gənclər və İdman Baş İdarəsində (BŞGİBİ) mükafatlandırılıblar. Lent.az-ın məlumatına görə, mərasimdə idarə rəisi Raqif Abbasov 8 yaşlı Abdulla Qədimbəyli, 14 yaşlı Ülviyyə Fətəliyeva, 18 yaşlı Vasif Durarbəylini qızıl, Xəyalə Abdullanı isə bürünc medal qazanmaları münasibətilə təbrik edib.
Gənclər və idman naziri Azad Rəhimovla Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə adından şahmatçılarımıza uğurlar arzulayan Abbasov bu nailiyyəti dövlətin şahmata olan xüsusi münasibətinin nəticəsi kimi dəyərləndirib: “Ölkəmizdə şahmat yetərincə inkişaf edib. Kişilərdən ibarət yığmamızın ötənilki Avropa çempionluğu, Ümumdünya Şahmat Olimpiadasında Ermənistanı yenməsi, qadın millimizin isə bürünc medala çox yaxın olması sevindirici haldır. Təkcə Bakıda deyil, müxtəlif regionlarımızda ayrı-ayrı yaş qrupları üzrə bacarıqlı şahmatçılar yetişib. Bunu Bakının açıq çempionatından da görmək mümkündür. Batumidəki Avropa çempionatında şahmatçılarımızın parlaq çıxışı ölkəmizdə idmana, xüsusən bu növə münasibətin məntiqi nəticəsidir. Əminəm ki, ilin sonunda da layiqincə mükafatlandırılacaqsınız”.
BŞGİBİ-nin rəisi zəka sahiblərini Avropa çempionatına məhz rəhbəri olduğu təşkilat tərəfindən ezam olunduğunu xatırladıb. Onun sözlərinə görə, qitə birinciliyinə ölkəmiz ən böyük nümayəndə heyəti ilə qatılıb. İdarə rəisi yığmamızın baş məşqçisi Rəsul İbrahimova əməkdar məşqçi adının verilməsi üçün gənclər və idman naziri Azad Rəhimov qarşısında vəsatət qaldıracağını söyləyib. Abbasov eyni zamanda 8 yaşlı Abdulla Qədimbəylinin növbəti yarışlarda da iştirakının BŞGİBİ-nin prioritet məsələsi olacağını vurğulayıb: “Arzu edirəm ki, gələcəkdə ölkəmizə şahmat tacını gətirəsən”.
BŞGİBİ-nin rəis müavini Rəşad Əliyev isə bu ilin ilk 9 ayı ərzində idarə tərəfindən 37 şahmatçının 6 ölkəyə ezam olunduğunu bildirib. O, eyni zamanda 15 şahmat yarışında 819 şahmatçının iştirakını təmin etdiklərini söyləyib.
Sonda Raqif Abbasov hər bir şahmatçının şəxsi reytinq göstəriciləri ilə maraqlanıb, onlarla xatirə şəkli çəkdirib.
Elşən Məmmədov

Oxşar yazılar

Salah hər kəsi TƏƏCCÜBLƏNDİRDİ: sevimli məşqçisi Klopp deyil
20 iyul 2025 , 17:27
Əlvida, Kriştiano: Messi yenə futbol tarixinin ən yaxşı bombardiri oldu
20 iyul 2025 , 15:59
Mayk Tayson tarixin ən yaxşı idmançılarının adlarını AÇIQLADI
20 iyul 2025 , 13:12
Bu futbol klubu formasında reklamların sayına görə rekord vurdu
20 iyul 2025 , 11:01
3 ingilis klubu onu almaq üçün yarışır
19 iyul 2025 , 18:54
"Real" onun müqaviləsini uzatdı
19 iyul 2025 , 15:00
Dünyanın ən böyük futbol stadionu 2030-cu il dünya çempionatının finalına ev sahibliyi etməyə bilər
19 iyul 2025 , 09:42