Unibank Premyer Liqasında daha bir istefa
Lent.az-ın məlumatına görə, VIII turda öz meydançasında “Gəncə”yə 0:5 hesabı ilə uduzan MOİK klubu baş məşqçi Ramil Əliyevlə yollarını ayırıb.
26 yaşlı mütəxəssis istefa qərarını oyundan sonra keçirilən mətbuat konfransında açıqlayıb: “Komandanın oyunundan narazı qaldım, çox zəif çıxış etdik. “Gəncə” ilə 180 dəqiqə oynasaydıq belə, bu cür oyunla onların qapısına bir qol belə vura bilməyəcəkdik. Mən baş məşqçi postundan istefa verirəm, MOİK klubuna uğurlar arzulayıram. “Gəncə”ni qələbə münasibəti ilə təbrik edirəm”.
Qeyd edək ki, VII turda “Bakı”ya 1:3 hesablı məğıubiyyətin ardından Tovuzun “Turan” komandası da baş məşqçi Sakit Alıyevi postundan uzaqlaşdırıb.

696