Qus Hiddink Türkiyə millisinin heyətini açıqladı
Futbol üzrə Türkiyə milli komandasının Almaniya və Azərbaycan yığmaları ilə səfərdə keçirəcəyi 2012-ci il Avropa çempionatının seçmə qrup matçları üçün heyəti açıqlanıb. Lent.az-ın Türkiyə Futbol Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Qus Hiddink qarşıdakı oyunlara 27 futbolçu çağırıb.
Onlardan 5-i legionerdir. Yerlilərdən isə yalnız “Fənərbağça”, “Beşiktaş”, “Trabzonspor”, “Qalatasaray” və “Bursaspor”un oyunçularına dəvət göndərilib.
Qapıçılar: Volkan Dəmirəl (“Fənərbağça”), Hakan Arıkan (“Beşiktaş”), Onur Recep Kıvrak (“Trabzonspor”), Cenk Gönen (“Beşiktaş”)
Müdafiəçilər: Gökhan Gönül (“Fənərbağça”), Sabri Sarıoğlu (“Qalatasaray”), Ömər Ərdoğan (“Bursaspor”), İbrahim Toraman (“Beşiktaş”), Sərvən Çətin (“Qalatasaray”), Ceykun Gülselam (“Trabzonspor”), İsmayıl Köybaşı (“Beşiktaş”), Hakan Kadir Balta (“Qalatasaray”)
Yarımmüdafiəçilər: Hamit Altıntop (“Bavariya”, Almaniya), Mehmet Aurelio (“Beşiktaş”), Necip Uysal (“Beşiktaş”), Selçuk Şahin (“Fənərbağça”), Əmrə Belözoğlu (“Fənərbağça”), Nuri Şahin (“Borussiya” Dortmund, Almaniya), Selçuk İnan (“Trabzonspor”), Arda Turan (“Qalatasaray”), Özer Hurmacı (“Fənərbağça”)
Hücumçular: Tuncay Şanlı (“Stok Siti”, İngiltərə), Halil Altıntop (“Ayntraxt” Frankfurt, Almaniya), Semih Şəntürk (“Fənərbağça”), Mevlüt Erdinç (“Pari Sen-Jermen”, Fransa), Nihat Kahveci (“Beşiktaş”), Sərcan Yıldırım (“Bursaspor”).
“Ay-ulduzlular” oktyabrın 3-də İstanbulda toplanacaq. Ertəsi gün qardaş ölkə millisi Almaniyanın paytaxtı Berlinə yollanacaq və orada qısamüddətli təlim-məşq toplantısı keçirəcək. Oktyabrın 8-də Bakı vaxtı ilə saat 23:45-də Olimpiya stadionunda “Bundestim”lə qarşılaşacaq Türkiyə yığması ertəsi gün Bakı vaxtı ilə saat 14:00-da Berlindən Bakıya hərəkət edəcək. 2008-ci il Avropa çempionatının bürünc mükafatçıları Azərbaycan paytaxtında “Hyatt Park” otelində məskunlaşacaqlar.
“Ay-ulduzlular” oktyabrın 10-da saat 15:30-da “Bakı” klubunun Biləcəri qəsəbəsindəki bazasında, ertəsi gün saat 19:00-da isə Tofiq Bəhramov adına Respublika stadionunda məşqə çıxacaqlar. Hər iki məşqin 15 dəqiqəsi media üçün açıq olacaq. Oktyabrın 11-də saat 18:15-də baş məşqçi Qus Hiddink və 2 oyunçunun iştirakı ilə mərkəzi arenada mətbuat konfransı təşkil olunacaq.
Qeyd edək ki, Azərbaycan – Türkiyə matçı oktyabrın 12-də saat 20:00-da başlanacaq. Qarşılaşmanı rumıniyalı baş hakim Aleksandru Dyakonu idarə edəcək. Ona həmyerliləri Adrian Vidan və Radu Ginqulyak yan xətt hakimləri, Sebastyan Koltesku isə dördüncü hakim qismində yardımçı olacaqlar. Türkiyə millisi oktyabrın 13-də saat 11:00-da İstanbula qayıdacaq.

767