Arif Əsədov: “Futbolda belə şeylər olur”
Lent.az-ın məlumatına görə, 40 yaşlı mütəxəssis klubun rəsmi saytına açıqlamasında rəqibi yaxşı komplektləşmiş komanda adlandırıb.
O, AZAL-ın hazırda turnir cədvəlində 3-cü pilləni tutmasında həmkarı Nazim Süleymanovun əməyini vurğulayıb. Lakin Əsədov yalnız qələbə üçün oynayacaqlarını söyləyib: “Bilirik ki, AZAL Premyer Liqada mübarizə aparan güclü komandalara baş ağrısı olub. Bununla belə, qələbə qazanmaqdan başqa çarəmiz yoxdur. Rəqibin güclü və zəif cəhətlərini müəyyənləşdirmişik”.
Baş məşqçi ötən tur “Xəzər Lənkəran”a 0:1 hesablı məğlubiyyəti də şərh edib. O, rəqibin “Neftçi”ni oyunla, taktika ilə üstələdiyi haqda fikirlərlə razılaşmayıb: “Xəzər-Lənkəran”a məğlubiyyət üzücü oldu. Deməzdim ki, onlar bizi oyunla, taktika ilə üstələdilər. Əslində, rəqib heç-heçə ilə barışmışdı, son 10 dəqiqədə geri çəkilmişdi. Lənkəran təmsilçisinin bəxti gətirdi, bunu komandanın baş məşqçisi Mirça Rednik də etiraf elədi. Futbolda belə şeylər olur, bəzən yaxşı oynayan komandalar qələbə qazana bilmirlər. Əlbəttə ki, əsas nəticədir. “Xəzər-Lənkəran”la oyundan sonra yığma komandanın düşərgəsinə yollanan futbolçularımız artıq qayıdıblar. Bu gündən AZAL-la oyuna demək olar, tam heyətlə hazırlaşırıq. “Neftçi” keçən mövsümlə müqayisədə çox iddialıdır”.
Flaqmanın baş məşqçisi Ruslan Abışovun son durumuna da aydınlıq gətirib: “Ruslan artıq var gücü ilə məşqlərdə iştirak edir. Biz hər zaman ona böyük ümid bəsləyirik”.

724