FİFA-dan çirkli pulların yuyulmasına qarşı yeni transfer sistemi
30 sentyabr 2010 15:38 (UTC +04:00)

FİFA-dan çirkli pulların yuyulmasına qarşı yeni transfer sistemi

Lent.az-ın məlumatına görə, bu haqda FİFA prezidenti Yozef Blatter açıqlama verib. Blatter bunu dünya futbolu üçün tarixi an adlandırıb. Onun fikrincə, TMS sadə onlayn sistem olsa da, futbolçuların bir klubdan digərinə istənilən keçidinə nəhəng təsir gücünə malik olacaq: “Ən əsası, bu sistem ayrı-ayrı müqavilələrin şəffaflığını daha da yaxşılaşdıracaq və çirkli pulların yuyulması, gənc futbolçuların hüquqlarının müdafiəsi ilə bağlı problemlərin həllində bizə yardımçı olacaq”.


Qeyd edək ki, TMS 2006-cı ilin fevralından FİFA-ya üzv 18 ölkədə sınaqdan çıxarılıb. Sonradan bu sistem dünyanın 3600-dən çox klubunda reallaşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 636

Oxşar yazılar