Rusiya Premyer Liqasında azərbaycanlı futbolçuların sayı arta bilər
30 sentyabr 2010 12:47 (UTC +04:00)

Rusiya Premyer Liqasında azərbaycanlı futbolçuların sayı arta bilər

Lent.az-ın məlumatına görə, bu haqda Rusiya Futbol İttifaqının prezidenti Sergey Fursenko “Sport-Ekspress” qəzetinə açıqlama verib.

O, bildirib ki, keçmiş SSRİ respublikalarından olan 22-23 yaşadək futbolçular, həmçinin öz ölkələrinin milli komandasında ən azı 70 faiz oyun keçirənlər legioner sayılmayacaqlar. Lakin legioner limiti dəyişməyəcək.

Fursenkonun fikrincə, hazırkı şərtlərdə legioner limiti rusiyalı futbolçuların qiymətlərinin süni yolla artmasına səbəb olur. Nəticədə yerli futbolçular özlərini rahat hiss etməyə başlayırlar. Yeni düzəlişlər isə gənclər arasında rəqabəti artırmağa və çempionatın səviyyəsinin yüksəlməsinə xidmət edəcək.

Qeyd edək ki, hazırda Rusiya Premyer Liqasında komandaların start heyətində 6 əcnəbi, 5 yerli futbolçu çıxış edə bilər. Yeni düzəlişlər daha səviyyəli sayılan qonşu şimal qonşularımızın çempionatında azərbaycanlı oyunçuların sayının artmasına xidmət edir. Hazırda həmin birincilikdə həmyerlilərimizdən yalnız Mahir Şükürov oynayır. O, Mahaçqalanın “Anji” klubunun şərəfini qoruyur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 697

Oxşar yazılar