Məşhur futbolçunun itmiş sənədləri Bakıda tapılıbmış – EKSKLÜZİV
Bu haqda Lent.az-a ekspress-daşıma ilə məşğul olan tanınmış beynəlxalq şirkətlərdən birinin Bakı ofisinin əməkdaşı məlumat verib.
Adının çəkilməsini istəməyən həmin şəxsin sözlərinə görə, əslində Pavlyuçenkonun sənədləri Moskvadan İngiltərənin paytaxtı Londona göndərilməli, oradan isə “Tottenhem” klubuna çatdırılmalı imiş. Lakin futbolçunun şəxsi sənədləri və oyunlarının disklərindən ibarət bağlama səhvən Azərbaycan paytaxtına gəlib. Bundan xəbər tutan rusiyalı forvard şirkətin Bakı ofisinə zəng vurub. O, itirilmiş sənədləri ilə maraqlanıb. Şirkətdən isə Pavlyuçenkoya deyiblər ki, sənədlərinə görə narahat olmasın, tezliklə Londonda “Tottenhem”in ünvanına çatdırılacaq.
Qeyd edək ki, Roman Pavlyuçenko “Tottenhem”ə Rusiya “Spartak”ından 17 milyon avro qarşılığında transfer olub.
Elşən Məmmədov

Oxşar yazılar

İlkayın "Qalatasaray"dan maaş tələbi üzə çıxdı
4 iyun 2025 , 19:46
“Milan”ın ulduzu “Çelsi”yə keçə bilər: transfer qiyməti məlumdur
4 iyun 2025 , 18:12
Qadın futbolçu erotik fotolarına görə klubdan qovuldu
4 iyun 2025 , 17:02
“Milan”dan gedir, “Mançester Siti”yə keçəcək
4 iyun 2025 , 15:10
“Real”ın oyunçusu intim video yaydığına görə tutula bilər
4 iyun 2025 , 13:30
Futbolda YENİ QAYDA: 11 metrlik zərbədə buna icazə veriləcək
4 iyun 2025 , 12:06
Azərbaycan klubunun baş məşqçisi itkin düşüb? - AÇIQLAMA
4 iyun 2025 , 10:46