Qəhrəman anti-qəhrəman oldu
29 sentyabr 2010 18:48 (UTC +04:00)

Qəhrəman anti-qəhrəman oldu

Lent.az-ın məlumatına görə, kişilərdən ibarət yığmamızın yarışda ilk heç-heçəsi Macarıstanla oyuna təsadüf edib.


Şahmatçılarımızdan Teymur Rəcəbov ağ fiqurlarla Zoltan Almasini məğlub edib. Qara fiqurlarla oynayan Şəhriyar Məmmədyarov Peter Leko ilə, Rauf Məmmədov isə Yudit Polqarla heç-heçə edib. Sonuncu görüşdə isə Ermənistanla ötən görüşün qəhrəmanı Qədir Hüseynov ağ fiqurlarla Çaba Baloğa yenilib. Beləliklə, qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Bu nəticədən sonra komandamız xallarını 13-ə çatdırıb.


Qadın millimiz isə Ekvadora qalib gəlib – 3,5:0,5. Şahmatçılarımızdan Türkan Məmmədyarova və Nərgiz Umudova ağ, Zeynəb Məmmədyarova qara fiqurlarla rəqiblərinə qalib gəlib. Yalnız qara fiqurla oynayan Gülnar Məmmədova heç-heçə edib. Bununla da yığmamız xallarını 10-a çatdırıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 727

Oxşar yazılar