AFFA baş məşqçini 5 oyunluq cəzalandırdı
Lent.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, İntizam Komitəsinin belə ağır cəza tədbirinə əl atmasına Qədirovun “Şahdağ”la qarşılaşmanın 90-cı dəqiqəsində hakimi təhqir etməsi səbəb olub.
Bununla əlaqədar görüşün baş hakimi Azad Mütəllimov veteran futbolçunu meydançadan qovub. İntizam Komitəsi isə baş məşqçini cəzalandırmaqdan əlavə, “Rəvan”ı 500 manat cərimələyib.
Qeyd edək ki, 1:1 hesabı ilə nəticələnən qarşılaşmada futbolçular arasında da insident baş verib. 71-ci dəqiqədə “Rəvan”ın futbolçusu Ramin Tanrıverdiyevlə “Şahdağ”ın oyunçusu Abdul Zilpokarov bir-birini təhqir ediblər. Mütəllimov onlara birbaşa qırmızı vərəqə göstərərək, meydançadan qovub. İntizam Komitəsi isə hər iki futbolçunu 3 oyunluq cəzaya, klublarını isə 200 manat cəriməyə məruz qoyub.

670