Azərbaycan millisi Ermənistanı məğlub etdi
Lent.az-ın məlumatına görə, millimiz 2006-cı il Turin və 2008-ci il Drezden olimpiadalarının qalibini məğlub edib – 2,5:1,5.
Şahmatçılarımızdan Şəhriyar Məmmədyarov Levon Aronyanla, Rauf Məmmədov isə Qabriel Sarkisyanla qara fiqurlarla heç-heçə edib. Teymur Rəcəbov ağ fiqurlarla Vladimir Akopyanla heç-heçə edib. Qədir Hüseynov isə ağ fiqurlarla Arman Paşikyanı məğlub edib.
Bu qələbə sayəsində komandamız xallarını 12-yə çatdırıb.
Qadın millimiz isə Yunanıstana uduzub – 1,5:2,5. Şahmatçılarımızdan Zeynəb və Türkan Məmmədyarova bacıları və Xəyalə İsgəndərova görüşlərini heç-heçə ilə başa vurub. Yalnız Gülnar Məmmədova rəqibinə yenilib. Beləliklə, xanım şahmatçılarımız 3-cü məğlubiyyətə düçar olublar. Hazırda qadın millimizin cəmi 8 xalı var.

Oxşar yazılar

Mbappe və Kriştiano “Qızıl top”a əsas namizəd haqqında eyni fikirdədirlər
9 iyul 2025 , 18:21
Karlo Ançelottinin oğlu karyerasında ilk dəfə baş məşqçi oldu
9 iyul 2025 , 17:10
Boksçu döyüşdə uduzduqdan bir neçə saat sonra öldü
9 iyul 2025 , 14:15
"Real"ın təyyarəsi saatlarla aeroporta enə bilmədi
9 iyul 2025 , 10:58
Hələ avqust ayı deyil, klublar artıq yüz milyonlar xərcləyirlər: Transfer bazarına kim rəhbərlik edir?
9 iyul 2025 , 09:39
Çelsi finala çıxdı
9 iyul 2025 , 05:16
“Qalatasaray”da ayrılıq
8 iyul 2025 , 23:32