Azərbaycan ağırlıqqaldıranlarından London olimpiadasına 5 lisenziya
Bu haqda Lent.az-a Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) icraçı direktoru İsgəndər Əsgərov məlumat verib.
Əsgərovun sözlərinə görə, kişilərdən ibarət yığmamızın olimpiadaya lisenziya üçün müəyyənləşdirdiyi 5 çəki dərəcəsi üzrə 6 idmançısı ümumilikdə 65 xal toplayıb. Onlardan Sərdar Həsənovla Əfqan Bayramov (hər ikisi 69 kq) 31, Turan Mirzəyev (77 kq) 10, Nailxan Nəbiyev (85 kq) 5, İntiqam Zairov (94 kq) 19 xal yığıblar. Tornike Kokaya və Əlibəy Səmədov (hər ikisi 105 kq) isə xalsız qalıblar. Bu nəticə ilə ölkəmiz ümumi hesabda 16-cı yeri tutub: “Qaydalara əsasən, 1 – 6-cı yerləri tutanlara 6, 7 – 12-ci yerlərin sahiblərinə 5, 13 – 18-ci yerlərdə qərarlaşanlara 4, çempionatı 19 – 24-cü yerlərdə başa vuranlara isə 3 lisenziya verilir. Bu baxımdan, ağırlıqqaldıranlarımız London olimpiadasına 4 lisenziya normasını yerinə yetiriblər”.
Əsgərovun fikrincə, bu, hələ son hədd deyil. Millimiz 2011-ci ildə Fransanın paytaxtı Parisdə keçiriləcək analoji dünya çempionatında xallarını daha da artıra bilər. Bunun nəticəsində AAAF kişilərdə hədəflədiyi maksimum sayda - 6 lisenziyaya sahib çıxmaq niyyətindədir.
Qadınların yarışında isə ölkəmizi əslən Bolqarıstandan olan 2 atletdən 1-i – Silviya Angelova (48 kq) təmsil edə bilib. Rumyana Petkova (75 kq) isə “körpücük” üzərinə çıxmağa bir gün qalmış zədələndiyi üçün çempionatı buraxmalı olub. Angelova 29 atlet arasında 22-ci yeri tutaraq, 7 xal qazanıb. Nəticədə ölkəmiz ümumi hesabda 45-ci olub. Əsgərovun sözlərinə görə, artıq Angelova olimpiadaya ən azı güzəştli şərtlə lisenziyanı təmin edib: “Növbəti dünya çempionatında biz qadınların mübarizəsində daha 1 lisenziya qazanmaq niyyətindəyik. Bunun üçün komandamızın heyətinə yeni legionerlər cəlb etmək fikrimiz var. Qolundan zədələnən Petkovanı isə hazır vəziyyətə gətirmək mümkün olmasa, onunla vidalaşacağıq”.
AAAF rəsmisi, həmçinin bildirib ki, dünya çempionatının ən yaxşı 40 ağırlıqqaldıranı sırasına Azərbaycan təmsilçisi İntiqam Zairov da düşüb. 94 kq çəki dərəcəsində 7-ci yeri tutan Zairov ən yaxşılar siyahısında 35-ci olub. Əsgərov heç bir atletimizin medal qazanmamasını belə əsaslandırıb: “Biz dünya çempionatına medal qazanmağa yox, lisenziya üçün getmişdik. İnşallah, medalı London olimpiadasında qazanacağıq”.
Elşən Məmmədov

869