Avstriya Azərbaycan yığması ilə oyuna 11 legioner çağırdı
28 sentyabr 2010 15:19 (UTC +04:00)

Avstriya Azərbaycan yığması ilə oyuna 11 legioner çağırdı

Lent.az-ın Avstriya Futbol Assosiasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Didi Konstantini qarşıdakı görüşlərə 22 futbolçu çağırıb.

Onların yarısı Almaniya, Hollandiya, Yunanıstan və İngiltərədə çıxış edən legionerlərdir.

Qapıçılar: Kristian Qratsey (“Şturm”), Mixael Qspurninq (“Ksanti”, Yunanıstan), Yürgen Maço (“Panionios”, Yunanıstan)

Müdafiəçilər: Aleksandar Draqovic (“Austriya”), Kristian Fuxs (“Maynts”, Almaniya), Fabian Kox (“Vakker”), Emanuel Poqatets (“Hannover”, Almaniya), Sebastian Prödl (“Verder”, Almaniya), Tomas Şrammel (“Rid”)

Yarımmüdafiəçilər: Yulian Baumqartlinger (“Austriya”), Martin Harnik (“Ştutqart”, Almaniya), Yakob Yantşer (“Red Bull Zalsburq”), Zlatko Yunusoviç (“Austriya”), Vəli Kavlak (“Rapid”, Vyana), Florian Klayn (“Austria”), Pol Şarner (“Vest Bromviç”, İngiltərə), Frants Şimer (“Red Bull Zalsburq”)

Hücumçular: Marko Arnautoviç (“Verder”, Almaniya), Ervin Hoffer (“Kayzerslautern”, Almaniya), Mark Yanko (“Tvente”, Hollandiya), Roland Lints (“Austriya”), Ştefan Mayerhofer (“Duysburq”, Almaniya), Roman Vallner (“Red Bull Zalsburq”).

Qeyd edək ki, “Ernst Happel” stadionunda keçiriləcək Avstriya – Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:30-da başlanacaq. Qarşılaşma AzTV və “İdman Azərbaycan” telekanalları vasitəsilə canlı yayımlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 762

Oxşar yazılar