Karpovun Kirsan İllümjinova qarşı iddiası rədd edildi
28 sentyabr 2010 12:54 (UTC +04:00)

Karpovun Kirsan İllümjinova qarşı iddiası rədd edildi

Lent.az-ın məlumata görə, bu haqda “İnterfax”a İllümjinovun özü bildirib.

Beləliklə, məhkəmə Karpov və onu dəstəkləyən Kasparovun FİDE-nin hazırkı prezidentinin namizədliyini növbəti müddətə irəli sürməsini qeyri-qanuni sayılması barədə iddialarını tanımaqdan imtina edib. Bu səbəbdən, Rusiya Şahmat Federasiyası İllümjinovun FİDE prezidentliyinə namizədliyini verə biləcək.

Sentyabrın 29-da Rusiyanın Xantı-Mansiysk şəhərində keçiriləcək FİDE prezidenti seçkisində Kirsan İllümjinovun yeganə rəqibi Anatoli Karpov olacaq. Karpovun namizədliyini ABŞ Şahmat Federasiyası irəli sürəcək. Sabiq dünya çempionunun fikrincə, İllümjinovun rəhbərlik etdiyi dövrdə FİDE korrupsiyalaşmış quruma çevrilib. Bundan başqa, Rusiya Şahmat Federasiyası Müşahidə Şurası üzvlərinin yarıdan çoxu İllümjinovun yox, məhz Karpovun namizədliyinin irəli sürülməsinə səs veriblər. Sadəcə, səsvermənin nəticələri saxtalaşdırılıb.

Qeyd edək ki, Azərbaycan Şahmat Federasiyası seçkidə Kirsan İllümjinovu dəstəkləyəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 661

Oxşar yazılar