“Neftçi”nin qapıçısı: “Bizi “Xəzər Lənkəran” udmadı, özümüz uduzduq”
Lent.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin qapıçısı Paulius Qribauskas futbol klubunun rəsmi saytına açıqlamasında deyib.
Sentyabrın 25-də 0:1 hesabı ilə uduzduqları “Xəzər-Lənkəran”la oyun haqda danışan litvalı qolkiperin fikrincə, belə komandalarla matçlarda bəzən bir səhv oyunun taleyini həll edir. Bu baxımdan, Qribauskas Lənkəranda keçirilən qarşılaşmanı da istisna olmadığı qənaətindədir: “Mən düşünürəm ki, həmin matçı “Xəzər-Lənkəran” udmadı, sadəcə, biz öz səhvimiz ucbatından məğlub olduq. Futbolda belə hallara rast gəlmək mümkündür, bir komanda yaxşı oynasa da, görüşdə pis təsir bağışlayan komandanın bəxti gətirir. Təbii ki, bizim heyətimizdə yer alan bütün futbolçular bu vacib görüşdə yalnız qələbəyə köklənmişdilər. Komandamızın üzvləri meydanda var gücləri ilə mübarizə aparsalar da, görüşün son dəqiqələrində rəqibin bəxti gətirdi”.
Qeyd edək ki, “Xəzər Lənkəran”ın qələbə topunu 89-cu dəqiqədə Dieqo Ruis vurub.

696