“Xəzər-Lənkəran” azarkeşləri bütün “Neftçi”sevərlərdən üzr istəməlidir”
Lent.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin futbolçusu Slavço Georgievski klubun rəsmi saytına açıqlamasında deyib.
Makedoniyalı yarımmüdafiəçi sentyabrın 25-də “Xəzər Lənkəran” və “Neftçi” komandaları arasında baş tutan oyunda lənkəranlı azarkeşlərin flaqmanın bayrağını yandırması faktını pisləyib: “Təəssüf ki, matçın sonlarında yerli azarkeşlər arzuolunmaz hərəkətlərə yol verdilər. Klubun atributlarını, müqəddəs sayılan bayrağını təhqir etməyə heç kimin ixtiyarı yoxdur. Fikrimcə, “Xəzər-Lənkəran” azarkeşləri bütün “Neftçi”sevərlərdən üzr istəməlidir”.
“Xəzər Lənkəran”a 0:1 hesablı məğlubiyyətə və liderliyi əldən vermələrinə baxmayaraq, Georgiyevskinin fikrincə, “Neftçi” üçün hələ heç nə bitməyib, mübarizə qabaqdadır: “Qarşıdakı turlarda yenidən qələbələri sıralayacağıq. Azarkeşlərimiz buna əmin ola bilərlər. Ümidvaram ki, çempion tituluna məhz “Neftçi” sahib çıxacaq”.

Oxşar yazılar

"Real" Alonsonun təyinatı üçün "Bayer"ə bu qədər təzminat ödəyəcək
24 aprel 2025 , 09:37
"Qarabağ" FİNALDA
23 aprel 2025 , 19:05
Müller gələcəyi haqqında DANIŞDI
23 aprel 2025 , 17:56
"Roma" və "Milan" Ançelottinin istefaya göndərilməsini gözləyir
23 aprel 2025 , 14:19
Hakim itə qırmızı vərəqə göstərdi - VİDEO
23 aprel 2025 , 11:59
Həbib Nurməhəmmədov yarış üçün Bakıya gəlir
23 aprel 2025 , 10:35
Dünya futbolunun əfsanəsi Çempionlar Liqasının favoritini AÇIQLADI
22 aprel 2025 , 19:07