“Neftçi”nin futbolçusu: “Baş məşqçimizə qarşı hörmətsizlik etmədim”
Lent.az-ın məlumatına görə, təcrübəli yarımmüdafiəçi flaqmanın rəsmi saytına açıqlamasında "Xəzər-Lənkəran"la görüşdə əvəzləndikdən sonra birbaşa paltardəyişmə otağına yollanmasını baş məşqçi Arif Əsədova qarşı hörmətsizlik saymayıb.
O, 67-ci dəqiqədə Cavid Hüseynovla dəyişdirilərkən, etdiyi hərəkəti emosiyalarını cilovlaya bilməməsi ilə əlaqələndirib: “Mənim çılğın oyunçu olduğumu hamı bilir. Təbii ki, derbi matçlarında hər bir futbolçu sonadək meydanda olmaq istəyir. Bu baxımdan mən də “Xəzər-Lənkəran”la qarşılaşmada axıra qədər komandamıza kömək etmək niyyətində idim. Lakin baş məşqçi məni əvəzlədi və emosiyalarımı cilovlaya bilmədiyimdən, birbaşa paltardəyişmə otağına yollandım. Bu epizodda hansısa hörmətsizlikdən söhbət gedə bilməz”.
Klub rəhbərliyi və məşqçilər korpusunun ona inandığını deyən Abdullayev bu etimadı doğruldub, "Neftçi"yə çempionluğa gedən yolda yardımçı olmağa çalışacağını bildirib. O, flaqman azarkeşləri və futbol həvəskarlarından bu məsələni şişirtməməyi xahiş edib: “Hamı məni düzgün başa düşsün. Hər şey qaydasındadır. Artıq növbəti turda qarşılaşacağımız AZAL-la oyunun hazırlığına başlamışıq. İnşallah, gələn oyunlarda qələbə qazanıb, yenidən zirvəni fəth edəcəyik”.
Qeyd edək ki, “Xəzər Lənkəran” – “Neftçi” matçı meydan sahiblərinin qələbəsi ilə nəticələnib – 1:0.

769