Seks qalmaqalı Runini “Barselona”ya aparır
Lent.az-ın “Mirror Football”a istinadən verdiyi məlumata görə, Runi bu yaxınlarda özü ilə bağlı baş verən seks qalmaqalından sonra mətbuatın ona münasibətindən əziyyət çəkir.
Bu səbəbdən, 25 yaşlı hücumçu İngiltərədən getməyi düşünür. İspaniya klubunun rəsmilərindən biri bildirib ki, Runi “qırmızı şeytanlar”ın sıralarını tərk etməyə qərar versə, “Barsa” ona sərfəli müqavilə təklif etməyə hazırdır: “Həll olunmayan problem yoxdur. Əgər Runinin İngiltərədəki çətinlikləri dözülməz olsa və digər kluba keçməyi düşünsə, biz ona müqavilə təklif etməkdən şad olarıq”.
Hələlik “Mançester Yunayted” rəhbərliyi aparıcı hücumçunu satmağa qərar verməyib. Lakin ötən həftə komandanın baş məşqçisi ser Aleks Ferqyuson Runinin komandadakı vəziyyətindən narahatlığını gizlətməyib: “Ueyn KİV-in diqqət mərkəzində olmağın və futbola dəxli olmayan suallara cavab verməyin nə demək olduğunu anlayıb. Hazırda Runi mətbuatın diqqəti və fotokameraların işıqları olmadan bir addım ata bilmir. Bu isə futbolçunun oyununa mənfi təsir edə bilər”.
Qeyd edək ki, Ueyn Runi “Mançester Yunayted”də 2004-cü ildən çıxış edir. O, “qırmızı şeytanlar”ın heyətində 193 matçda 92 qol vurub. Runi 2003-cü ildən çıxış etdiyi İngiltərə yığmasında 67 oyuna 26 dəfə fərqlənib. Hücumçu İngiltərə çempionatının ötən turunda “Bolton”la 2:2 hesabı ilə başa çatan qarşılaşmada 60 dəqiqə meydançada olsa da, qol vura bilməyib.

Oxşar yazılar

"Liverpul"un 28 yaşlı futbolçusu yol qəzasında öldü
3 iyul 2025 , 12:24
Suaresin "İnter Mayami"dəki gələcəyi müəyyənləşdi
3 iyul 2025 , 12:18
"Hazır ol, “Barselona” və bütün dünya" - Yamal görün nə deyir
3 iyul 2025 , 10:11
Azərbaycan güləşçisi Avropa çempionu oldu
3 iyul 2025 , 04:19
Azərbaycan güləşçisi Avropa çempionatının FİNALINDA
2 iyul 2025 , 22:54
Tezliklə toy olacaq: Kərim Benzema aktrisa ilə evlənəcək
2 iyul 2025 , 19:58
FİFA-dan Qvardiolaya ŞOK: cəzalandırılmaq riski var
2 iyul 2025 , 14:49