“Lokomotiv” azərbaycanlı futbolçunu 30 min avro cərimələdi
25 sentyabr 2010 18:36 (UTC +04:00)

“Lokomotiv” azərbaycanlı futbolçunu 30 min avro cərimələdi

Lent.az-ın “korrespondent.net” saytına istinadən verdiyi məlumata görə, buna futbolçunun yarım ay əvvəl klub prezidenti ilə keçirilən görüşə bir neçə dəqiqə gecikməsi səbəb göstərilib.

Şübhə edilmir ki, əslində Aleksandr Əliyev komandanın baş məşqçisi Yuri Syomini hədsiz müdafiə etməsi və onun postunu tutması ehtimal olunan Valeri Qazzayevi tənqid etməsinə görə cəzalandırılıb. Futbolçunun cəzalandırılması qərarını şəxsən klubun prezidenti Olqa Smorodskaya qəbul edib. Çünki futbolçuların böyük əksəriyyətinin və azarkeşlərin hazırkı baş məşqçi Yuri Syomini müdafiə etməsindən sonra “Lokomotiv”in Direktorlar Şurası prezidentin baş məşqçini dəyişmək təklifini qəbul etməyiblər.

Klubda hər kəs bu rekord cərimə məbləğindən şoka düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 834

Oxşar yazılar