“Arsenal” 6 yaşlı uşağı transfer etdi - FOTO
24 sentyabr 2010 14:16 (UTC +04:00)

“Arsenal” 6 yaşlı uşağı transfer etdi - FOTO

Lent.az-ın məlumatına görə, Linkolnşir bölgəsindəki Spaldinq şəhərində yaşayan Fletçer Toll adlı uşaq 17 aylıq ikən sümük infeksiyasına yoluxub.

Nəticədə onun sağ ayağında 1 sm uzunluğunda çıxıntı əmələ gəlib. Həkimlər uşağın vəziyyətinin yaxşılaşmasını qeyri-mümkün sayaraq, onun ayağının kəsilməsinin gərəkliyini düşünüblər. Lakin bir möcüzə nəticəsində Fletçerin ayağı sürətlə yaxşılaşmağa başlayıb və qısa müddətdə əvvəlki vəziyyətinə qayıdıb.

Ardından Fletçer 40 min nəfər arasında aparılan seçimlərdən sonra “Arsenal”ın heyətinə düşməyi bacarıb. “Topçular”ın Spaldinqdəki bazasında gündə bir dəfə məşqə çıxan uşaq futbolçunun məşqçisi Mark Encl “Tollun peşəkar futbolda mükəmməl gələcəyə sahib olduğunu görürəm. Topla hərəkətdə inanılmaz istedada malikdir. Sərbəst zərbələri mənə Devid Bekhemi xatırladır”.

Anası Liza Toll da Fletçerin “Arsenal”a seçilməsinə çox sevindiyini söyləyib: “Həkimlər onun bir daha yeriyəcəyini və ya futbol oynaya bilməyəcəyini düşünmürdülər. Lakin bir möcüzə reallaşdı və övladım yaxşılaşdı. Çox xoşbəxtəm”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 791

Oxşar yazılar