Anna Kurnikova ABŞ vətəndaşı oldu
24 sentyabr 2010 12:48 (UTC +04:00)

Anna Kurnikova ABŞ vətəndaşı oldu

Lent.az-ın “Tennis.com”a istinadən verdiyi məlumata görə, son zamanlar ABŞ-da yaşayan Rusiya əsilli Kurnikova okeanın o tayında müxtəlif səpkili nümunəvi yarışlara qatılıb.

İdmançı bildirib ki, ulduzlu-zolaqlı pasportu almaq xaricdə amerikalı əsgərləri dəstəkləyən xeyriyyə təşkilatı ilə əməkdaşlığa başladıqdan sonra ona məntiqi addım kimi görünüb: “Həmişə özümü yarı rus, yarı amerikalı saymışam. Pasportumun olub-olmaması məni heç vaxt narahat etməyib. Amma Amerikanın müxtəlif fond və təşkilatları ilə fəal əməkdaşlığı başladıqdan sonra təbii ki, növbəti addımım ABŞ vətəndaşlığını almaq arzusu oldu”.

Qeyd edək ki, Anna Kurnikova peşəkar karyerasını 2003-cü ildə başa vurub. O, fərdi yarışlarda böyük uğurlara nail ola bilməyib. Kurnikova “Böyük dəbilqə” seriyasından yalnız 2 turnirdə qələbə qazana bilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 922

Oxşar yazılar